Anomal təbiət hadisəsi bu dəfə Gürcüstanda baş verib. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstanın dağ xizəkçiliyi ilə məşhur olan Qudauri bölgəsinə gözlənilmədən qar yağıb.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yaydıqları xəbərdə deyilir ki, qar güşlü yağış və şimşəkdən sonra başlayıb və bir andaca ətrafı ağ örpəyə bürüyüb.

Gürcüstanın Rusiya ilə sərhədində yerləşən Kazbeki kəndində də qarın yağdığı barədə xəbərlər gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə