Rus nazir: "ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların ciddi bir təsiri olmayacaq"

ABŞ-ın keçmiş rus casus Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaların ciddi bir təsiri olmayacaq. Axar.az xəbər verir ki, bu barədə danışan Rusiya Maliyyə naiziri Anton Siluanov hökumətin maliyyə sabitliyini qoruyacaq vasitələrə malik olduğunu bildirib.

"Bazarlardakı mövcud dalğalanma ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlaması ilə yanaşı, bazarlardakı qeyri-sabit vəziyyətlə də əlaqəlidir. Rusiya iqtisadiyyatı və maliyyə balansı son illərdə neft sektorundakı dalğalar və ya iqtisadi sanksiyalar kimi xarici təsirlərə qarşı daha dözümlü duruma gəldi", - Siluanov qeyd edib.

Qeyd edək ki, ötən gün ABŞ Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaların qüvvəyə minəcəyi tarixi açıqlayıb. Sanksiyalar bu ayın 22-si işə düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...