İranda zəlzələ olub, 20 nəfər xəsarət alıb

Bazar günü İranın qərbində Kermanşah vilayətinin Təzəhabad yaşayış məntəqəsində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb. TASS xəbər verir ki, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Bu gün, həmçinin İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə