ABŞ: "Çinlə razılaşma imzalaya bilərik, amma..."

Əgər Pekin ticarət siyasətini dəyişsə, ABŞ hökuməti Çinlə ticarət razılaşması imzalayacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“ABŞ Çindən oyunun qaydalar çərçivəsində aparılmasını istəyir. Yəni biz onlardan birgə müəssisələr, şirkətlərimiz üçün bazarda ədalətli rəqabət imkanlarının yaradılmasını istəyirik. ABŞ Çinin yuanın zəiflədilməsi sayəsində həyata keçirdiyi fəaliyyətləri araşdırmaq niyyətindədir. Yuanın zəiflədilməsi Pekin üçün ədalətsiz üstünlük yaradır” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə