Almaniyada naməlum şəxs avtobusda 14 nəfəri bıçaqlayıb

Almaniyanın Lyübek şəhərində naməlum kişi avtobusda sərnişinlərə bıçaqla hücum edib. RİA xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb. Məlumata görə, bıçaqlı şəxsin hücum etdiyini görən sürücü sərnişinlərin çıxması üçün avtobusu saxlayıb.

Bunu görən cinayətkar da sürücüyə hücum çəkib. Yaxınlıqdakı polislər dərhal həmin şəxsi yaxalayıb. Hücumda ölənlərin olmadığı bildirilsə də, yaralılardan 2-nin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə