Ukraynada ağır yol qəzasında 10 nəfər ölüb

Ukraynanın Jitomir vilayəti ərazisində, Kiyevdən 127 kilometr aralıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə Jitomir vilayəti polisinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ölənlərdən biri uşaqdır. İlkin ehtimala görə, yol qəzası surət həddinin aşılması səbəbindən baş verib.

Ölənlərin sayının artacağı ehtimal edilir, çünki yaralılardan 4-nün vəziyyəti ağırdır. Ukrayna Prezidenti Petro Poroşenko Jitomir vilayəti rəhbərliyinə yaralılara təxirəsalınmaz yardımların göstərilməsi tapşırığını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə