Yaponiyada ölənlərin sayı 225-ə çatıb

Yaponiyanın cənub-qərb və mərkəzi bölgələrində baş verən daşqın nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,14 nəfər itkin düşüb.

Məlumata görə, evakuasiya nöqtələrində 4,5 min adam qalıb. Fəlakət zamanı ziyan çəkən 36 əraziyə 697 milyon dollar ziyan dəyib.

Qeyd edək ki, iyulun ilk həftəsində Yaponiyaya yağan güclü yağışlar daşqına və çökməyə səbəb olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə