ABŞ İranla bağlı hərəkətə keçir

ABŞ-ın Maliyyə nazirinin müavini Marşal Billinqsinin başçılıq etdiyi nümayəndə heyəti İrana qarşı sanksiyaların müzakirəsi üçün Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, səfərin əsas məqsədi rəsmi Vaşinqtonun İrana qarşı sanksiyalarla bağlı Ankaranın mövqeyini öyrənməkdir.

Bildirilib ki, amerikalı nümayəndələr Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin bir sıra yüksək məramlı əməkdaşları ilə görüş keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə