PKK liderlərindən biri məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib. SİA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat terrorçular silah, narkotik və sursatla təmin edildiyi zaman baş tutub.

Məlumatlara görə, hücum zamanı terror təşkilatının liderlərindən olan “Delil Karakoçan” ləqəbli Hasan Çakmak məhv edilib.

Hücumla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...