Fransa şirkəti hibrid nəqliyyat növünü təqdim edilib

Fransanın "Akka Techonologies" şirkəti təyyarə və qatarın hibridini təşkil edən "Link & Fly" layihəsini təqdim edib. Şirkət yeni hazırlamasını nümayiş etdirən videonu özünün "YouTube" kanalında yerləşdirib. SİA "ria.ru" saytına istinadən bildirir ki, "Link & Fly" təyyarəsi yerəenmə vaxtı qanadlarını yığaraq yolunu adi qatar kimi davam edir.

Təyyarənin ölçüləri "Airbus A320" ilə müqayisə edilə bilər: qanadlarının kənar nöqtələri arasındakı məsafə 49 metr, uzunluğu 34 metr, hündürlüyü isə 8 metr təşkil edir. Hava gəmisi 160 sərnişin daşımaq imkanına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə