Yaponiya İranı ərəb ölkələrinə dəyişdi

Yaponiyanın neft şirkətləri İrandan neft ixracını tam dayandırmağa hazırlaşırlar. SİA-nın verdiyi məlumata görə, bu barədə iyulun 19-da Yaponiyanın aparıcı “Nikkey” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İrandan neft ixracı cari ilin oktyabrında dayandırılacaq. Bunun əvəzində isə Yaponiya xam nefti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alacaq.

Qəzet bildirir ki, Yaponiyanın İrandan neft alan “JXTG Holdings” və “Idemitsu Kosan” kimi şirkətləri ABŞ-dan 2018-ci il noyabrın əvvəllərinədək ixracı dayandırmaq barədə xəbərdarlıq alıblar. İxracın davam etdiriləcəyi təqdirdə həmin şirkətlərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunacaq.

Bu ərəfədə yapon bankları da milli neft şirkətlərini İran nefti ilə bağlı tranzaksiyaları dayandırcaqları barədə xəbərdar ediblər ki, bu da ixracı tamamilə mümkünsüz edir.

Bütün xəbərlər Facebook səhifəmizdə