Hindistanda binanın dağılması üç nəfərin həyatına son qoydu

Bu gün Hindistanın paytaxtı Dehlinin şərqindəki Big Noida şəhərində iki binanın dağılması nəticəsində üç adam həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uttar Pradeş ştatının polis idarəsinin rəsmisi hadisə ilə bağlı bəyanat verib: "Tikilən altı mərtəbəli binanın dörd mərtəbəli yaşayış binasının üzərinə aşması nəticəsində hər ikisi dağılıb. Hal hazırda 3 adımın öldüyü haqda məlumatımız var. Dağıntılar altında qalanların sayı barəsində və kiminsə sağ qalıb qalmaması haqqında hələ ki dəqiq informasiyamız yoxdur”.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Polisin sözlərinə görə, "binanın tikinti konstruksiyası qeyri-sabitdir və onun içində işlər aparmaq çox təhlükəlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə