ABŞ S-400-lərə görə Türkiyəni hədələyib

Rusiyadan S-400-lərin satın alınması Türkiyə üçün ciddi nəticələrə gətirib, çıxaracaq. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi işlər üzrə katibi Tina Kaidanou deyib. O bildirib ki, Ankara Rusiyanın müdafiə sistemlərinin alınması məsələsində daha da irəli gedərsə, sanksiyalar sadəcə başlanğıc olacaq:

“Bu sistemlərin Rusiyadan alınmasına görə narahatıq. Dostlarımız və müttəfiqlərimiz bunun ciddi iş olduğunu anlamalıdır. Alış-veriş edərkən, bu məqamı nəzərdə saxlamalıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə