İspaniya sahillərində miqrantlara aid qayıq itib

İspaniya sahillərində içərisində 7 miqrantın olduğu qayıq itib. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə “Sərhədləri aşaraq” ictimai təşkilatının rəhbəri Yelena Maleno “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, qayıq Cəbəllütariq boğazında yoxa çıxıb. Miqrantların mobil telefonları cavab vermir və qohumları onları itkin düşmüş hesab edir.

İspaniyanın dənizdə xilasetmə xidmətinə ictimai təşkilatlardan miqrant aparan qayıqlar barədə məlumatlar tez-tez daxil olur. Xidmətin əməkdaşları təkcə çərşənbə axşamı İspaniya sahillərində 200-dən çox insanı xilas ediblər.

Bu il yanvarın 1-dən iyulun 15-dək İspaniyaya Aralıq dənizi vasitəsilə Əlcəzair və Mərakeşdən 18 mindən çox miqrant və qaçqın gəlib. Bu baxımdan İspaniya, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, İtaliyanı geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə