Lavrov: "Putin və Tramp arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi"

Vladimir Putin və Donald Tramp arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında danışıqların yekunları ilə bağlı söyləyib. TASS informasiya agentliyi xəbər verir ki, danışıqların necə keçməsi barədə jurnalistlərin sualına Sergey Lavrov “İndi sizə hamısını danışacaqlar”, - deyə bildirib. Jurnalistlər təkid edəndə isə Sergey Lavrov bir neçə il əvvəl Minsk danışıqlarında dediyi kimi, “Gözlənildiyindən də yaxşı keçdi” cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə