Tramp və Putin arasında görüş başlayıb

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb. SİA xəbər verir ki, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə təkbətək danışacaqlar. Sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq.

Məlumata görə, Tramp Rusiyanın ABŞ-da 2016-cı ildə baş tutan prezident seçkilərinə müdaxiləsi məsələsini də müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə