Tayvanda 4,6 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında qeyd edilir.

Yeraltı təkanların episentri Taytung şəhərindən 26 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, bu ilin fevralında Tayvanın Xualyan şəhəri yaxınlığında tələfatla nəticələnən 6,5 bal gücündə zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...