Gürcüstanda 180 nəfər günəş yanıqları ilə xəstəxanalara müraciət edib

Gürcüstanda günəş yanıqları xəsarəti alan 180 nəfər xəstəxanaya gətirilib. AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze məlumat verib. Onun sözlərinə görə, hazırda onların 35 nəfəri xəstəxanada müalicə alır, qalanları isə evə buraxılıb. Yanıq xəsarəti alanların ən kiçiyinin 3, böyüyünün isə 26 yaşı var. Ümumilikdə, gün şüalarından yanıq xəsarəti alanların 50 faizini qadınlar təşkil edir.

Həkimlər əhaliyə müraciət edərək, saat 11:00-17:00 arasında gün altında olmamağı, zərurətdən açıq havada gəzənlərə isə bacardıqca gün şüalarından qorunmağı tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə