NATO Makedoniyanı üzvlüyə dəvət edib

NATO Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib. Bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.

"Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik", - Stoltenberq söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə