Yaponiya KİV-ləri Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb

Yaponiyanın kütləvi informasiya vasitələri iyunun 24-də Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb. Xəbərdə deyilir ki, Yaponiyanın NHK, TBS kimi televiziya kanalları, Kyodo və JİJİ PRESS agentlikləri və digər KİV-ləri öz səhifələrində Türkiyədə keçirilən prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP partiyasının böyük üstünlüklə qələbə qazanması barədə məlumatlar yayıblar.

Məqalələrdə qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 24-də keçirilmiş növbəti seçkilərdə inamlı qələbə qazanıb.

Türkiyə dövlət televiziyasının yaydığı məlumata görə, səslərin 97 faizinin hesablanmasından sonra seçicilərin 52,6 faizi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Seçkilərdən sonra təşkil edilən mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan bildirib ki, türklər ölkənin hansı yolla gedəcəyini seçiblər və o, bundan sonra xalqla birlikdə həmin yolla gedəcək.

Məqalələrdə seçkilərdə namizədlər arasında Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin nüfuzlu siyasətçilərinin də iştirak etdikləri vurğulanır.

Parlament seçkilərində də Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) ölkə parlamentində yerlərin böyük əksəriyyətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə