Türkiyədə seçki məntəqəsində atışma olub

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində silahlı insident baş verib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hınıs Respublika Baş Prokurorluğundan edilən yazılı açıqlamada bildirilir ki, "saat 15.00 radələrində Karaçoban rayonunun Kopal məhəlləsində yerləşən Kopal orta məktəbində səsvermə zamanı baş verən silahlı insidentin ictimaiyyətin yanlış məlumatlandırılmasının qarşısını almaq məqsədilə izah edilməsinə ehtiyac var".

Açıqlamada, hadisənin 5 il əvvəl Qarayazı rayonunda "Y" ailəsindən bir qadın ilə "D" ailəsindən bir kişinin öldürülməsi ilə başlayan qan davası üzündən meydana gəldiyi ifadə edilib.

Bildirilir ki, "Y" ailəsinin səs vermək üçün Kopal orta məktəbinə gəldiyi və səs verdikdən sonra "D" ailəsindən kimliyi məlum olmayan iki nəfər "Y" ailəsi mənsublarını təhqir edib. Daha sonra tərəflər arasında keçmişdən qaynaqlanan ədavətin təsiri ilə mübahisə böyüyüb və silahlı qarşıdurmaya çevrilib. Nəticədə "Y" ailəsindən 4 nəfər, qarşı tərəfdən isə 1 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi xəstəxanada keçinib.

İlkin məlumata görə, atışmanın seçki ilə heç bir əlaqəsi yoxdur. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə