Səudiyyə Ərəbistanında qadınlara avtomobil idarə etməyə icazə verilib

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə sükan arxasına oturublar. SİA-nın məlumatına görə, bu Səudiyyə Ərəbistanı kralının ötən ilin sentyabr ayında qadınlara avtomobil idarə etməyə icazə verən fərmanının qüvvəyə minməsindən sonra baş verib. Səudiyyə Ərəbistanının telekanallarında göstərilən kadrlara görə, qadınlar fərmanın qüvvəyə minməsinin ilk dəqiqələrindən kütləvi şəkildə öz avtomobilləri ilə krallığın yollarına çıxıblar. Qeyd edək ki, ötən iln sentyabr ayında Səudiyyə Ərbistanı kralı qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Fərman iyunun 24-ü qüvvəyə minib.

Bütün xəbərlər Facebook səhifəmizdə