ABŞ Türkiyəyə niyə F-35-lə bağlı razılıq verdi?

ABŞ-ın bu qərarı Ankaranın Rusiyadan S-400 almaq istəməyi ilə bağlıdır. Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun ABŞ-dan F-35 təyyarələrinin alınacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Korotçenko qeyd edib ki, ABŞ Türkiyə bazarını itirməmək üçün belə bir qərar verib:

"ABŞ Konqresinin bütün təhdidlərinə baxmayaraq, Türkiyəyə F-35-lərin verilməsi, Ankaranın S-400 məsələsində prinsipli davrandığını göstərir. Nəticədə ABŞ məsələ ilə razılaşıb məcburi də olsa, praqmatik davranmaq məcburiyyətində qaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...