İsveçdə atışma ölən və yaralananlar var

İsveçin üçüncü ən böyük şəhəri Malmödə baş verən kütləvi atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Bu barədə xəbəri İsveç polisi yayıb.

Yerli KİV-ə məlumat verən İsveç polisi hadisə yerində istintaq işlərinin aparıldığını bildirib. Hadisənin terrorla bağlı olmadığı da vurğulanıb.

Qeyd edək ki, son illər İsveçin cənubunda yerləşən şəhərlərdə, öz aralarında mübarizə aparan cinayətkar dəstələrin qanlı toqquşmaları baş verir. İsveçin üçüncü ən böyük şəhəri olan Malmö də bu kimi toqquşmaların baş verdiyi əsas şəhərlərdən biri hesab oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə