Baş katolikin miqrantlara münasibəti...

Papa Frensisk: "Elə düşünməyin ki, miqrantlar bizim rahatlığımız üçün təhlükə yaradır"

İtaliyanın ANSA informasiya agentliyinin verdiyi məlumata görə, miqrasiya mövzusuna həsr edilmiş Vatikan-Meksika görüşünün iştirakçılarına müraciətində Papa Frensisk şəxsi rahatlıq üçün digər insanlarda qüsurlar axtarmağa son qoymaq və onlarda yeni təcrübə və yeni dəyərlər aşkar etmək üçün “mentalitet dəyişikliyinə” çağırıb.

Roma Papası miqrantları bir-bir saymaq əvəzinə, onları öz tarixinə, mədəniyyətinə, hisslərinə və ümidlərinə sahib olan insanlar kimi qəbul etmək lazım olduğunu əminliklə vurğulayıb.

“Elə düşünməyin ki, miqrantlar bizim rahatlığımız üçün təhlükə yaradır”, – deyə Papa qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə