Havay adalarında vulkan püskürməsi güclənib 5.3 bal zəlzələ olub

Bu gün yerli vaxtla saat 6:26-da Havay adalarındakı Kilauea vulkanında yeni və güclü püskürmə baş verib. Qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru hərəkət edir. Adada 500-ə yaxın evin yanıb kül olduğu bildirilir.

Hawaiinewsnow.com saytı xəbər verir ki, püskürmədən qabaq Rixter şkalası ilə 5.3 bal gücündə zəlzələ olub. Bu, yaxın bir neçə gün ərzində ən güclü titrəyiş hesab olunur. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır. Yerli inanclara görə, Kilauela Havay sakinlərinin ənənəvi inanclarında yer alan vulkan ilahəsi – Pelenin yaşayış yeridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...