İraqda terrorçulara ağır zərbə vuruldu

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında Kandil dağlarında əməliyyatlar keçirir. SİA-nın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verib.

Məlumata görə, əməliyyatlar ötən gün başlayıb və 12 məntəqədə aparılır. Əməliyyat nəticəsində Kandil dağlarında PKK-nın əsas məntəqələri məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə