Fici adaları sahillərində 6,0 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar "UTC" vatı ilə saat 03:23-də Suva şəhərindən 466 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə