Səudiyyə Ərəbistanının addımı dindarları qəzəbləndirib

Səudiyyə Ərəbistanı Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının başlaması ərəfəsində qalmaqala imza atıb.

Axar.az xəbər verir ki, Səudiyyədə üzərində ölkə bayrağı olan toplar istehsal edilib. Bu addım islam aləmində rezonans doğurub. Belə ki, Səudiyyə bayrağının üzərində olan Kəlmeyi-Tövhidin ayaqlar altında qalacaq olması dindarların qəzəbinə səbəb olub. Xatırladaq ki, Səudiyyə Ərəbistanı bayrağında “Allahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur” yazılmış Kəlmeyi-Tövhid əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə