İspaniya kralının yeznəsi həbs olunub

İspaniya kralı Filipin yeznəsi İnyaki Urdanqarin həbs olunub. Axar.az xəbər verir ki, İspaniya Ali Məhkəməsi Urdanqarinə 5 il 10 ay həbs cəzası verib. Məhkəmə onu vergi maxinasiyası və ictimai fondların bir milyon avrosunu yanlış istiqamətdə istifadə etməkdə ittiham edib

Qeyd edək ki, Urdanqarinin həyat yoldaşı şahzadə Kristina idmanın inkişafı üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatına rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə