Son səkkiz ildə Almaniya ordusunun sıralarında 89 nəfər sağ-millətçi ekstremist və 24 nəfər dini ekstremist aşkar edilib. Xəbər verilir ki, “Funke Mediengruppe” media konserninin nəşrləri bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatlarına istinadla yazırlar.

2010-2018-ci illərdə Almaniya silahlı qüvvələri sıralarında aşkar edilmiş 89 nəfər sağçı ekstremistdən 86-sı qovulub. Digər 3 nəfər barəsində təhqiqat davam edir. Eyni zamanda qeyd edilir ki, sağçı ekstremistlərin əksəriyyəti (67 nəfəri) 2011-ci ildə alman ordusuna çağırış ləğv edilənə və ordunun peşəkar əsasda formalaşmasına qədər aşkar edilib. Bu müddət ərzində solçu ekstremist hesab edilmiş 15 hərbi qulluqçudan yalnız 1-i çağırış ləğv ediləndən sonra üzə çıxıb. Təxminən 300 hərbi qulluqçu islamçılıqda şübhə doğurur. Onlardan 200-ü barəsində bu şübhələr təsdiqlənməyib, yalnız 24 hərbi qulluqçu barəsində bu şübhələr sübuta yetirilib.

Bir qədər əvvəl sağçı ekstremist fikirlər söyləyən irqçi əsgər bundesver sıralarından qovulub. Həmin əsgər bu qərardan məhkəmə mübahisəsi qaldırmağa çalışıb, lakin onun ordudan qovulması qanuni hesab edilib. 2017-ci ilin aprel ayında əks-kəşfiyyat xidməti “suriyalı qaçqın” adı ilə terror aktı hazırlayan baş leytenant A.Frankonu ifşa edib. Bundan əlavə, sağçı ekstremist “Almaniya identiklik hərəkatı”nın bir tərəfdarı bundesverin ehtiyat qüvvələri sırasından xaric edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə