Ötən gün ərzində Suriyanın Homs və Şərqi Qut vilayətində 300 nəfər öz evinə qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Müharibə Tərəfləri Razılaşması Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko məlumat verib.

O əlavə edib ki, Razılaşma Mərkəzi humanitar vəziyyətin yaxşılaşdırılması üçün şərait yaratmaqda davam edir və ehtiyaclı əhaliyə lazımi tibbi yardımlar göstərir.

Yevtuşenko həmçinin bildirib ki, sözügedən ərazilərdə xeyriyə aksiyası keçirilib və əhaliyə təzə çörək paylanıb.

Rusiya hərbi həkimləri sutka ərzində 108 suriyalıya, 63 uşaq da daxil olmaqla tibbi yardım göstəriblər.

General qeyd edib ki, razılaşma mərkəzinin nümayəndələri Ain Terme kəndində infrastruktur obyektlərinin bərpasına dair monitorinq həyata keçiriblər. Şəhərdə su və elektrik enerjisinin bərpası, əsas mallar üzrə ticarətin həyata keçirilməsi ilə bağlı işlər aparılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə