Moskva: "ABŞ bütün regionu təhdid edir"

"ABŞ-ın Şimali Koreya üçün Liviya ssenarisi tətbiq edəcəyi istiqamətindəki təhdid bütün region üçün təhlükə yaradıb və bir güc ssenarisinin həyata keçirilməsi vəziyyətində nələr ola biləcəyini ortaya qoyub."

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. "Əslində ABŞ yalnız Şimali Koreyanı Liviya ssenarisi ilə təhdid etmir, bütün regionu təhdid etmiş olurlar. ABŞ NATO-ya üzv olan ölkələrdə yaşamayan heç kəsi insan yerinə qoymur", - Zaxarova söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə