ABŞ-dan Kim Çenə xəbərdarlıq: "Sonun Qəzzafi kimi olar"

ABŞ-ın vitse-prezidenti Mayk Pens Şimali Koreya ilə bağlı sərt açıqlama verib. Axar.az xəbər verir ki, “Foks Nyus” telekanalına müsahibə verən vitse-prezident, ötən həftə Con Boltonun “Liviya modeli” təklifinin gündəmə çevrildiyini qeyd edib.

“Bu barədə prezident Trampın açıq şəkildə dilə gətirdiyi kimi olacaq. Əgər Kim Çen bir anlaşmaya razı olmasa, o zaman vəziyyət “Liviya modeli” ilə nəticələnəcək”, - Pens bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə