İranda göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb

Bir neçə gün əvvəl İranda göbələkdən kütləvi zəhərlənmə baş verib. SİA-nın verdiyi xəbərə görə 720 nəfərdən çox adam zəhərlənib, 15 nəfər isə dünyasını dəyişib.

Əsasən zəhərlənmə Kirmanşah, Lorestan, Kürdistan, Qərbi Azərbaycan və Zəncan bölgələrində qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, bu kimi zəhərlənmə hallarına adətən yaz və payız aylarında rast gəlinir. Eyni zamanda yağıntıların artması zamanı zəhərli göbələklər üzə çıxır. İnsan sağlamlığı üçün təhlükəli olan bu növ göbələkləri ayırd etmək çətin olduğu üçün tez-tez zəhərlənmə halları baş verir.

Bütün xəbərlər Facebook səhifəmizdə