Putin: "Birgə işimizi davam etdirməyə hazırıq"

"Rusiya və Venesuela ikitərəfli və beynəlxalq gündəmdə olan birgə işini davam etdirməyə hazırdır."

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Venesuelanın təzə seçilən prezidenti Nikolas Maduronu təbrik edərkən bildirib.

Putin təbrik mesajında Maduronun prezident postundakı fəaliyyətinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yardımçı olmağa davam edəcəyindən əmin olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə