Nikolas Maduro yenidən Venesuela prezidenti seçilib

Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb. SİA-nın xəbərinə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.

Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını və sabah ölkəni tərk edəcəyini bəyan edib.

Beləliklə, N.Maduro 2025-ci ilədək Venesuela prezidenti vəzifəsində çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə