Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı əməliyyat zamanı 3 terroristi zərərsizləşdirib. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə ordusu Hakkari şəhərində terroristlərə qarşı yeni əməliyyata başlayıb. Çatalca kəndində keçirilən hava əməliyyatları zamanı terroristlərlə silahlı qarşıdurma baş verib. Qarşıdurmada iki terrorist öldürülüb, biri sağ ələ keçirilib.

Məlumatlarda bildirilir ki, bölgədə əməliyyatlar davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə