Havay adalarında vulkan püskürdü xəsarət alan var

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində yerli sakin xəsarət alıb. SİA xarici -KİV-ə istinadən xəbər verir ki, vulkanın lavası sakinə toxunub, nəticədə o xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, xəsarət alan püskürmə zamanı öz evinin eyvanında olub. Lava sıçrantısı onun ayağına ağır xəsarət yetirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə