Çindən ABŞ-a Tayvan xəbərdarlığı

"ABŞ bundan sonra da Tayvana dəstəyini davam etdirsə, Pekin Tayvan ətrafında hərbi mövcudluğunu gücləndirəcək." Bu barədə məlumatı “Çayn Deyli” qəzeti yayıb.

“Tayvana qarşı digər məhdudlaşdırıcı tədbirlərin də görülməsi mümkündür. Bu məhdudiyyətlər sırasına Tayvanın Çin bazarına girişinin qadağan edilməsi, Çinin ərazi bütövlüyünü tanımayan şirkətlərə qarşı araşdırmaların başladılması da əlavə edilə bilər”, – deyə məqalədə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə