Məşhur terrorçu Mamayı Ukrayna məhv edib?

Donbasda rus terrorçusu Oleq Mamiyevi üç Ukrayna hərbçisi məhv edib. Axar.az xəbər verir ki, bu iddianı öz Feysbuk səhifəsində ukraynalı deputat, Sağ Sektor təşkilatının keçmiş lideri Dmitri Yaroş paylaşıb. O, Mamiyevi məhv edən hərbçilərin yalnız ləqəblərini sadalayıb.

Qeyd edək ki, Mamiyev “Mamay” ləqəbi ilə daha çox məşhur olub. O, dünən Adeyevki rayonunda məhv edilib. Mamay Donbasa 2014-cü ildə gəlib. O, əslən Şimali Osetiyadandır. Müharibə zamanı Pyatnaşka batalyonuna rəhbərlik edib.

Bu, son 2 ildə Donbasda məhv edilən 7-ci məşhur batalyon komandirdir. Bundan öncə Arsen Pavlov (Motorola), Mixail Tolstıx (Qivi), Aleksandr Bednov (Betmen), Aleksey Mozqovoy, Yevgeni İşenko (Malış), Pavel Dremov (Batya) məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...