Məktəbli avtobusu aşıb 30 yaralı var

Yaponiyada məktəbli avtobusu aşıb. SİA-nın xəbərinə görə, hadisə nəticəsində 30 nəfər hospitallaşdırılıb. Məlumata görə, məktəbli avtobusu özəl məktəbdən futbol komandasını digər şəhərə aparırmış.

Qəzanın dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib. İlkin şübhələrə görə, avtobus başqa avtomobillə toqquşmamaq üçün kənara çəkilmək istəsə də, hasara dəyərək aşıb.

30 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə