Ərdoğan: "İslam dünyası Qüds imtahanından sinifdə qalıb”

"Mən sionistlərlə musəviləri bir-birindən ayırıram." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yeniqapı meydanında təşkil edilən “Zülmə lənət, Qüdsə dəstək” mitinqində çıxışı zamanı deyib.

“Bizim mübarizəmiz musəvilərlə deyil. Əsas mübarizə sionistlərlədir. Zülm edənlərin cəhənnəmə qədər yolları var. Qüds sadəcə bir şəhər deyil, eyni zamanda simvoldur. Qüds bir qiblədir. Biz ilk qibləmizi qoruya bilməsək, son qibləmizə etibarlı baxa bilmərik. İslam dünyası Qüds imtahanından sinifdə qalıb”, - deyə Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə