6 ölkə “Hizbullah”ın liderlərinə qarşı sanksiyalar tətbiq edib

Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri “Hizbullah” hərəkatının yüksəkvəzifəli nümayəndələrinə və bu təşkilatı dəstəkləyən şəxslərə qarşı sanksiyalar tətbiq etmək barədə qərar veriblər.

Səudiyyə Ərəbistanının SPA dövlət informasiya agentliyi xəbər verir ki, siyahıya 10 nəfər daxil edilib. Onlardan 5-i hərəkatın rəhbərliyində təmsil olunur. Bu şəxslərin əmlakı və aktivləri dondurulacaq.

Məlumatda bildirilir ki, “bu addım ABŞ-la tərəfdaşlıqda, terrorizmin maliyyələşdirilməsi ilə bağlı məlumatların təhlili və hazırlanması mərkəzi (Terrorist Financing Targeting Center) və mərkəzin digər üzv ölkələri (Bəhreyn, Küveyt, Qətər və BƏƏ) ilə birgə atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...