Rusiya hökuməti həbs olunan redaktora görə Ukraynaya nota verdi

Rusiya hökuməti Ukrayna Xarici İşlər Nazirliyinə 2 nota ünvanlayıb. Bu açıqlama ilə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin çıxış edib. Karasin RİA-nın Ukrayna üzrə baş redaktorunun həbsi ilə bağlı qarşı tərəfə nota ünvanlandığını söyləyib. O qeyd edib ki, 2 nota ünvanlamaqda məqsəd Rusiyanın narahatçılığını bildirməkdir.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə "Rusiya Bu gün" beynəlxalq informasiya agentliyi nəzdində fəaliyyət göstərən RİA Novostinin Ukrayna ofisində axtarış aparıb və baş redaktor Kirill Vışinski nəzarət altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə