Aİ və İran nüvə razılaşması üzrə müzakirələr aparmağa qərar veriblər

Avropa Birliyi və İran nüvə razılaşması ilə bağlı birgə komissiya ilə danışıqlar aparmağa razılıq verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini məlumat verib.

O, görüşün gələn həftə Vyana şəhərində baş tutacağını vurğulayaraq deyib: " Biz gələn həftə Vyanada xarici işlər nazirlərinin müavinləri ilə birgə komissiyanın iclasını keçirəcəyik".

Qeyd edək ki, Nüvə razılaşması, İran və altı vasitəçi ilə birgə (Rusiya, ABŞ, Almaniya, Çin, İngiltərə, Fransa) 2015-ci ildə imzalanıb. Sənəd İranın nüvə proqramını dayandırılması nəticəsində ABŞ, BMT və Aİ-nin İrana dair sanksiyalarının ləğv edilməsini nəzərdə tutur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə