Rusiya ABŞ-ın İranla bağlı gizli planını açıqladı

ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının əsl hədəfi İranda rejim dəyişikliyidir. Axar.az xəbər verir ki, bunu “Valday” klubunda çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. “ABŞ əvvəlcə deyir ki, davranışlarınızı korrektə edin, sonra bəlli olur ki, korreksiya əvəzinə rəngli inqilab baş tutub. Nüvə razılaşmasında qalan ölkələr fəaliyyət parametrləri barədə razılaşmalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın İranda inqilab niyyəti ilə bağlı Rusiya diplomatları son bir neçə gündə ardıcıl bəyanatlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...