Mayk Pompeo ABŞ-ın yeni Dövlət katibi oldu

Mayk Pompeonun ABŞ Dövlət katibi vəzifəsinə təyinatı təsdiqlənib. Bu barədə Senat qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə Reks Tillerson dövlət katibi vəzifəsindən uzaqlaşdırılmışdı. Onun postuna namizəd kimi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru olmuş M.Pompeo prezident Donald Tramp tərəfindən irəli sürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə