ABŞ-ın eks-prezidenti ata Corc Buş reanimasiya şöbəsindən palataya yerləşdirilib. Onun səhhəti artıq yaxşılaşıb. Bu barədə Buş ailəsinin rəsmi təmsilçisi Cim Makqrat mediaya məlumat verib.

SİA-nın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə Buş hazırda palatadadır və huşu yerindədir. O, həkimlərlə, ailəsi və dostları ilə danışa bilir, müalicələrə müsbət cavab verir, həmçinin gündən-günə daha da yaxşılaşır.

Ailənin təmsilçisi Makqrat eks-prezidentin adından hər kəsə təşəkkür edib və onun üçün dua edənlərə, şəfa diləyənlərə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında ata Corc Buş pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu ilin aprel ayında da eyni diaqnoz ilə onu yenidən xəstəxanaya yerləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə