Məktəbliləri daşıyan avtobus qatarla toqquşdu

Hindistanda qatar ilə məktəbliləri daşıyan avtobus toqquşub və nəticədə 15 məktəbli həyatını itirib, 8 nəfər isə ağır xəsarət alıb. Hadisə aprelin 26-sı səhər saatlarında baş verib. SİA-nın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, faciəvi hadisə Hindistanın Uttar-Pradeş ştatında baş verib. Belə ki, avtobus sürücüsü dəmiryolu keçidini keçmək istəyərkən sürətlə gələn qatar ilə toqquşub.

Bütün xəbərlər Facebook səhifəmizdə